Məhəmməd Füzuli dünyası

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Bununla əlaqədar olaraq UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə 8a sinfində maarifləndirici tədbir keçirilib. Tədbirin əvvəlində dahi şairə həsr olunmuş videoya baxış təşkil olunub. UBTR A.Əzimova şagirdlərə Məhəmməd Füzulinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.  Daha sonra Şövkət Ələkbərovanın ifasında "Məni candan usandırdı" qəzəlinə bəstələnmiş kantata səsləndirilib. Sonda şagirdlərə mütaliə üçün dahi şairin kitabları təqdim olunub. 
Tədbirin keçirilməsində məqsəd dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı şagirdləri maarifləndirmək, onlar arasında milli-mənəvi dəyərləri təbliğ etməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi