Böyük qayıdışın başlanğıcı- hərbi bilik yarışı keçirilib

26 aprel 2024-cü il tarixdə Təlimə Dəstək Mərkəzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Aprel döyüşlərinin ildönümünə həsr olunmuş " Böyük qayıdışın başlanğıcı " adlı hərbi bilik yarışmasının rayon turu keçirilib. Yarışda məktəbin hərbi rəhbəri Yusif Əliyevin təşkilatçılığı ilə  X b sinif şagirdləri olan Arzu Balakişiyeva , Şəfa Hilalova, Rəsul Paşazadə və Xanoğlan İbrahimli iştirak ediblər.
  Hərbi bilik yarışı məktəb, rayon və şəhər turu olmaqla 3 mərhələdə təşkil olunub.     "Kahoot" proqramı üzərində həyata keçirilən yarışın qiymətləndirilməsi Çaĝırışaqədərki hazırlıq fənni üzrə bütün mövzuları əhatə edib.
  Yarışın məqsədi gənclərin bu fənnə olan  maraqlarınn stimullaşdırılması, peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlərdə Vətən sevgisinin, vətənpərvərlik  tərbiyəsinin və orduda xidmət etmək meyllərinin gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi