Ümummilli lider Heydər Əliyevin 101 -ci ildönümünə həsr olunmuş xüsusi dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhan Məmmədova bu gün rus bölməsinin V b sinfində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş xüsusi dərs təşkil edib.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.R.Məmmədova 

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb.

Heydər Əliyevin liderlik missiyasından, dünyaşöhrətli siyasətçinin zəngin siyasi, mənəvi və dövlətçilik irsindən bəhs edib.Ümummilli liderin siyasi fəaliyyətinə nəzər salaraq, Heydər Əliyev zirvəsinin gənclər tərəfindən daim araşdırılmasının əhəmiyyətindən danışıb.

  Şagirdlər hazırladıqları təqdimatlarında Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafı və çiçəklənməsində rolundan, xalqımız üçün, təhsilin inkişafı üçün gördüyü işlərdən söz açıblar. Şagirdlər vətənpərvər ruhlu mahnı və şeirlər səsləndirib, H.Əliyevin dəyərli kəlamlarından sitatlar gətiriblər.

    Sonda vurğulanıb ki, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərləri heç zaman unutmaq olmaz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi