Hərb Tarixi Muzeyinə ekskursiya

      Vlll a sinfinin rəhbəri Reyhan Məmmədova Ulu öndər Heydər Əliyevin 101-ci  oıdönümü ilə əlaqədar olaraq  Müdafiə Nazirliyi nəzdində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edib.Muzey bələdçisi ekskursiya iştirakçılarına muzeyin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verərkən  qeyd edib ki, muzey 1992-ci ildə yaradılıb. Muzey yaradılarkən burada 200-ə yaxın eksponat olub. Hazırda isə eksponatların sayı 11 minə çatır.
  Tarixin dərin və silinməz izlərini özündə əks etdirən muzeydə olduqca qədim və qiymətli tarixi əsərlər saxlanılır.Muzeydə xüsusi maraq doğuran zallardan biri də Ümummilli lider Heydər Əliyev və ordu quruculuğuna həsr olunub.Burada 533 eksponat mühafizə olunur. Zalda dünya şöhrətli siyasi xadim, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən də ətraflı bəhs edilir, ona məxsus əşyalar, hərbi geyim nümunəsi nümayiş olunur. Ordumuzun parlaq zəfəri sayılan aprel döyüşlərinə aid zal iştirakçılarda böyük qürur hissləri oyadır. Belə ki, burada aprel döyüşləri şəhidlərinin üzərlərində tapılan əşyalar nümayiş etdirilir.
   Qeyd edək ki, ekskursiyanın təşkil edilməsində məqsəd gənclərimizdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, hərb tariximizin dərindən öyrənilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi