Sən elə bir zirvəsən

     Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin  siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi ilə bağlı "Sən elə bir zirvəsən" adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Kəmalə Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva, UBTR Aytən Əzimova, psixoloq Gülarə İsmayılova və digər müəllimlər iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanılıb. Aparıcı  Ulu öndərin həyat və fəaliyyətindən  bəhs edən məlumatla çıxış edib. Şagirdlər dahi şəxsiyyətə  həsr olunmş  şeirlər söyləyib, mahnılar oxuyublar. Ümummilli liderə həsr olunmuş qəzet, plakat və rəsmlər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi