IV və VI siniflərdə 1 may - Mülki Müdafiə günü

  1 may 2024-cü il tarixdə lV və Vl siniflər üzrə  Mülki Müdafiə Günü keçirilib.  Tədbirdə əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilib. Müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilib.Videoçarx vasitəsilə  Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilib. Şərh edilmiş mövzular ətrafında fəal diskussiyalar aparılıb və şagirdlərin  çoxsaylı sualları məktıbin hərbi rəhbəri Yusif Əliyev  tərəfindən ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi