Təbiəti daha yaxından tanıyaq

    "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Tədbirlər Planına əsasən, məktəbdə silsilə aksiyalar, tədbirlər və s. keçirilməkdə davam edir. Bununla əlaqədar olaraq UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə məktəbin 10b və 10c siniflərində "Təbiəti daha yaxından tanıyaq" adlı tədbir keçirilib. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva və psixoloq Gülarə İsmayılova da yaxından iştirak ediblər. Əvvəlcə UBTR A.Əzimova  şagirdlərlə frontal sorğu edib, sonra onlara Azərbaycanın flora və faunası haqqında məlumat verib. Tədbirin davamında Qırmızı kitab haqqında sənədli filmə baxış təşkil olunub. Sonda şagirdlərə mütaliə üçün təbiətə aid müxtəlif kitablar təqdim olunub. Film və kitablar şagirdlərin marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi