Son zəng

    14 iyun tarixi kimlər üçünsə təqvimin adi bir günü olsa da, 11-cilər üçün unudulmaz və özəl gündür. Məzunlar təkcə doğma məktəblə deyil, onlara qələm tutmağı öyrədən müəllimlərlə, 11 il bir parta arxasında oturduğu yoldaşları ilə də vidalaşırlar. Bir sözlə,  11-cilər məktəb xatirələrinə "Son zəng"in sədaları altında əlvida deyirlər. 
Hər il olduğu kimi, bu il də məktəbdə məzunlarla son görüş - “Son zəng” tədbiri keçirilib. Tədbirə ənənəyə uyğun olaraq meydana Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlanılıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Çıxış üçün söz alan məktəbin direktoru Kəmalə Məmmədova "Son zəng" mübasibətilə məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Sonra məktəbin məzunu olmuş II Qarabağ müharibəsi şəhidi Asim Quliyevin anası Nüşabə Quliyeva dəvət üçün təşəkkürünü bildirərək məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib. 1a sinif şagirdləri isə məzunları öz gözəl rəqsləri ilə təbrik edərək tədbirə xoş əhval-ruhiyyə bəxş ediblər. Müəllimlərin təbrik çıxışlarından sonra bu günə xüsusi olaraq hazırlaşmış məzunlar müəllimlərinə təşəkkürlərini bildirib, ssenariyə uyğun olaraq tədbirə öz çıxışları ilə davam ediblər. Rəngarəng rəqslər, şeir ifalarından sonra məzunlar tərəfindən elmin rəmzi açarı 10b sinif şagirdi Arzu Balakişiyevaya təqdim edilib, daha sonra isə  sonuncu zəng çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi