Mikayıl Müşfiq - 116

    05.06.2024-cü il tarixdə UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə Azərbaycanın sevilən şairi Mikayıl Müşfiqin anadan olmasının 116-cı ildönümü ilə ələqədar olaraq 7a sinfində maarifləndirici tədbir keçirilib. Giriş sözü ilə tədbirə başlayan A.Əzimova repressiya qurbanı olmuş şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verib. Daha sonra şagirdlər Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış sevimli şair haqqında videoçarx izləyiblər. A.Əzimova görkəmli şairin "Oxu, tar" şeirini ifadəli oxusunu həyata keçirib, 7a sinif şagirdi Ramiz Balamirzəyev onun "Yağış yağarkən" şeirini söyləyib. Tədbirin davamında nəğməkar şairin şeirlərinə bəstələnmiş "Yenə o bağ olaydı", "Qal sənə qurban" mahnıları şagirdlərə nümayiş etdirilib. Sonda şagirdlərə mütaliə etmək üçün şairin kitabları təqdim edilib. 
Tədbirin keçirilməsində məqsəd şagirdlərə Azərbaycan ədəbiyyatının nümayəndələrini daha yaxından tanıtdırmaq, onların dünyagörüşünü zənginləşdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi