Heyvanlar insanların dostudur

   "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə "Heyvanlar insanların dostudur" adlı tədbir keçirilib. Giriş sözü ilə tədbirə başlayan UBTR A.Əzimova çıxışında qeyd edib ki, təbiətin, o cümlədən heyvanların qorunmasında məktəblilərin öhdəsinə böyük işlər düşür. Məktəblinin təbiətə münasibəti başqalarına nümunə olmalıdır. Təbiət hamıya məxsusdur, onu hamımız qorumalıyıq.
Daha sonra şagirdlərə "Qırmızı kitab"a düşən heyvanlar haqqında video nümayiş etdirilib. 6a sinif şagirdi M.Əliyeva "Ətraf mühit və biz" adlı təqdimatla çıxış edib. 5a və 6a sinif şagirdləri təbiət və onun qorunması haqqında şeirlər söyləyiblər. Tədbirin davamında şagirdlər sevimli ev heyvanlarını nümayiş etdirərək onlara qulluq qaydalarından danışıblar. Daha sonra şagirdlərin təbiət və heyvanlara aid çəkdikləri rəsmlərə baxış keçirilib. Sonda şagirdlərə mütaliə üçün təbiət haqqında kitablar təqdim olunub. Tədbir şagirdlərin marağına və sevincinə səbəb olub. 
Tədbirin keçirilməsində məqsəd böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq, uşaq və yeniyetmələrdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi