Son zəng tədbiri ilə əlaqədar hazırlıq işləri davam edir

Ümumi təhsil müəssisələrində 14 iyun 2024 -cü il tarixdə keçiriləcək " Son zəng " tədbiri ilə əlaqədar məktəblərə ünvanlanmış "Tədbirin keçirilməsi qaydaları" haqqında təlimatla Xl sinif şagirdləri maarifləndirilib. Təşkilatçı Esmira Əliyeva təşkil etdiyi yığıcaqda şagirdlərə təlimati qaydalarla baglı məlumat verərək bildirib ki, "Son zəng " tədbirinin yüksək səviyyədə keçirilməsi ilə baglı aparılan məşqlər, görülən digər hazırlıq işləri, verilən tövsiyələr məzunlar və digər tədbir iştirakçıları üçün yaddaqalan, unudulmaz bir gün olmalıdır. Tədbirin milli- mənəvi dəyərləri pozmayaraq, məktəb müdiriyyəti tərəfindən təsdiqlənib möhürlənmiş ssenari əsasında həyata keçirilməsi nəzərdə tutulub. Tədbirin təhlükəsiz şəraitdə keçirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi