2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür

2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü ilə bağlı məktəb kitabxanasında tədbir keçirilib. Öncə kitabxana müdiri Əliyeva Nübar bu günün tarixi haqqında şagirdlərə ətraflı məlumat verib. Qeyd edib ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsi məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin 1805-ci il aprelin 2-də anadan olması ilə bağlıdır. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd kitabın insan həyatındakı təsirini şagirdlərə çatdırmaq və uşaq ədəbiyyatına  maraq yaratmaq idi. Tədbirin davamında şagirdlərə "2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü” başlıqlı uşaq ədəbiyyatı sərgisi nümayiş etdirilib. Daha sonra şagirdlər öz növbələrində  kitab haqqında şeirlər söyləyib, ”Şah Abbas və qarı” hekayəti əsasında səhnəciklə çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi