Direktoryanı müşavirə keçirilib

     Məktəbdə direktoryanı müşavirə keçirilib. Müşavirədə məktəbdə  əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəbin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və məktəbin  idarəetmə məsələlərindən bəhs olunub. Məktəbin direktoru Kəmalə Məmmədova şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması məqsədilə fənlər üzrə monitorinqlərin təşkili, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, məktəbdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu haqqında  geniş məlumat verib. Həmçinin yeni layihələrin icrası, məktəbin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə də toxunub.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edən K. Məmmədova
təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması , müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələləri də müzakirə edərək  müvafiq tövsiyə və tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi