Məhəmməd Füzulinin yaradıcılığı

    Prezident İ.Əliyevin imzaladığı "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" sərəncam əsas tutularaq cari ilin aprel ayı ərzində məktəbdə silsilə tədbirlər keçirilməkdə davam edir. 

   Silsilə tədbirlərdən biri də 10-11-ci sinif şagirdlərinin iştirakı ilə "Füzuli yaradıcılığı" mövzusunda keçirilən tədbir olub. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zabitə Quliyeva açaraq şagirdlərə Füzuli yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra dahi şairə həsr edilmiş divar qəzetlərinə və əsərlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib. Şagirdlər xalq artisti Şövkət Ələkbərovanın ifasında "Məni candan usandırdı" qəzəlinə bəstələnmiş kantataya, "Leyli və Məcnun" operasından bir parçaya böyük maraqla tamaşa ediblər. 

Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva, UBTR Aytən Əzimova və məktəbin kitabxana müdiri Nübar Əliyeva iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi