Uşaqların sevinci

     Bu gün məktəbin Azərbaycan bölməsində 1a sinfinin müəllimi Vəfa Cəfərovanın təşkilatçılığı ilə " Uşaqıarın sevinci" adlı musiqili-əyləncəli tədbir keçirilib. 

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

    Birincilər iştirakçıları salamladıqdan sonra bilik və bacarıqlarını nümayiş etdirərək şeir və mahnılar oxuyublar. Balacalar bütün hərfləri tanıdıqlarını və sərbəst oxuduqlarını, hesabladıqlarını inamla nümayiş etdiriblər. Uşaqların Vətən, ana və müəllimi vəsf edən şeirləri xüsusi intonasiya ilə söyləməsi maraqla qarşılanıb.Eyni zamanda onların rəngarəng proqram əsasında təqdim etdikləri rəqslər,müxtəlif kompozisiyalar, ifa etdikləri mahnılar, səhnələşdirdikləri "Tıq-tıq xanım" nağılı tədbirdə iştirak edən məktəb rəhbərliyi, müəllim heyəti , valideyn kollektivi tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Kəmalə Məmmədova , təşkilatçı müavin Esmira Əliyeva bu günün təkcə birincilərin deyil, bütün xalqın bayramı oldğunu söyləyiblər. Çünki bu gül balaların içərisindən gələcəyin alimləri, şairləri, hərbçiləri, hüquqşünasları və digər sənət adamlarının yetişəcəyinə inandıqlarını bildiriblər. Balaca fidanları fəxri fərmanlarla təltif edərək, onlara uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi