Azərbaycan Naşirlərinin I Forumu

  AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu öz işinə başlayıb. 

  Forumu giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq forumun işinə uğur arzulayıb, ənənəvi kağız kitabın rolundan, onun İKT-nın hazırkı inkişafına rəğmən, elektron kitabların cəmiyyətə nüfuzuna baxmayaraq, daim yaşayacağına inamını ifadə edib. 

5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.

Forumda məktəbin kitabxana müdiri Nubar Əliyeva da iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi