Heydər Əliyev - Unudulmaz lider adlı foto -xalça sərgisi keçirilib

    17.04.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Heydər Əliyev-Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib.Tədbirdə məktəbin bir qrup müəllimləri iştirak ediblər.
Sərgi iştirakçıları tərəfindən Bakı Gənclər Mərkəzində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirilib.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən söz açaraq bu kimi layihələrin Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin və miras qoyduğu zəngin irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.
  Xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi