Məhəmməd Füzuli -530

    Tədbiri giriş sözü ilə açıq elan edən aparıcılar tədbirin ölkə prezidentinin dahi Azərbaycan şairi "Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024 -cü il tarixli 25 yanvar Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirildiyini diqqətə çatdırıblar.  

 Görkəmli bəstəkar C.Cahangirovun "Füzuli kontatası" səsləndirilib.

Məktəbin ədəbiyyat müəllimi Zavilə Mahmudova çıxışında qeyd edib ki, Azərbaycan ədəbi-bədii fikir tarixində böyük rol oynayan, Şərq xalqları ədəbiyyatına mühüm təsir göstərən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin ölməz bədii-fəlsəfi irsi xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi əvəzolunmaz mədəni sərvətdir. Dili, üslubu və şeirlərindəki məcazları baxımından dünyada onunla müqayisə oluna biləcək az şair var.

  Şagirdlər dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, şeir və qəzəllərini söyləyiblər. Sonra VI a sinif şagirdlərinin təqdimatında M. Füzulinin "Meyvələrin söhbəti" nağılına tamaşa ediblər. Va və IX a sinif şagirdləri M. Füzlinin "Leyli və Məcnun " əsərində ananın qızına öyüdü səhnəsindən bir parçanı təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi