Buraxılış imtahanında yüksək nəticə göstərən IX sinif şagirdləri ilə görüş keçirilib

2023-2024- cü tədris ilinin IX siniflər üzrə buraxılış imtahanında 107 nömrəli tam orta məktəbin 60 nəfər IX sinif şagirdi iştirak edib. Onlardan 9 nəfəri 200 baldan yuxarı, 2 nəfəri isə 250 baldan yuxarı nəticə göstərib. Məktəb üzrə maksimum bal 267 bal olub. Ana dili fənni üzrə maksimum bal 97, riyaziyyat fənni üzrə maksimum bal 86, ingilis dili fənni üzrə isə maksimum bal isə 97 bal olub. Ana dili fənni üzrə orta bal 51,04; riyaziyyat fənni üzrə orta bal 30,95 ingilis dili fənni üzrə orta bal isə 35,80 olub.

22.04.2024-cü il tarixdə məktəb rəhbərliyi buraxılış imtahanından 200 baldan yuxarı nəticə göstərmiş 9 şagird ilə görüşərək, onlarla sevincini bölüşüb, şagirdləri ürəkdən təbrik edib. Eyni zamanda məktəbin direktoru Kəmalə Məmmədova heç bir əlavə hazırlığa getməyən uşaqların da yer aldığı bu fərqlənmiş şagirdlərə çəkilən zəhməti öz nəticələri ilə doğruladıqları üçün rəhbərlik adından ürəkdən təşəkkür edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi