31 Mart Soyqırımını unutmuruq

   Məktəbin VIIIa sinfində UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Öncə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. UBTR A.Əzimova şagirdlərə 1918-ci ildə baş vermiş soyqırım, həmin dövrdə Azərbaycanda olan mövcud vəziyyət, Quba rayonunda inşa edilən 31 Mart Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksi haqqında ətraflı məlumat verib. Sonra Quba Soyqırımı Memorial Kompleksinə həsr olunmuş videoçarxa baxış keçirilib. Sonda şagirdlərə xalqımızın tarixi keçmişinə daha dərindən bələd olmaq üçün 31 Mart Soyqırımına həsr olunmuş kitablar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi