Xalqımızın Novruzu

        Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədi ilə "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə 5a sinfində "Xalqımızın Novruzu" adlı bayram tədbiri keçirilib. Tədbirin açılışından sonra Novruz bayramının qəhrəmanları - Kosa, Keçəl və Bahar qızının gəlişi tədbirə bayram əhval-ruhiyyəsi bəxş edib. Şagirdlər Novruz bayramına aid şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif milli rəqslər ifa ediblər. Bayram tədbiri şagirdlərin sevincinə səbəb olub. Sonda UBTR A.Əzimova çıxışında şagirdləri Novruz bayramı münasibəti ilə təbrik edərək onlara xalqımızın əsrlərlə qoruyub müasir dövrə çatdırdığı adət-ənənələrimizi daha dərindən öyrənməyi və yaşatmağı tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi