Milli-mənəvi dəyərlərimizi qoruyaq mövzusunda dəyirmi masa

    Milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının əsas vəzifəsidir. “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində kitabxana müdiri Əliyeva Nübarın təşkilatçılığı ilə “Milli adət- ənənələrimizi qoruyaq” adlı dəyirmi masa təşkil edilib.Dəyirmi masada 5a və 6 a sinif şagirdləri iştirak edib.Kitabxanaçı çıxış edərək bildirib ki,  milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.Daha  sonra xalqımızın milli bayramlarından olan Novruz bayramının adətləri haqqında şagirdlərə ətraflı məlumat verilib.Şagirdlər də öz növbəsində Novruz adət - ənənələri barədə bildiklərini danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi