Xalqımızın qədim adətləri

  Xalqımızın qədim tarixli milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə 7b və 7c siniflərində məktəbin rus dili və ədəbiyyatı müəllimi Nəzakət Əsgərova xüsusi dərs təşkil edib. Şagirdlər Novruzun gəlişini tərənnüm edən plakatlar və divar qəzetləri, qədim adət və ənənələrdən bəhs edən təqdimat və esselər hazırlayıblar. Həmçinin Novruz bayramının bolluq və bərəkət rəmzi olan səməni, bəzəkli xonçalar təşkil ediblər. Şagirdlər Novruza aid çəkdikləri rəsmləri sərgiləyib, videoçarxlar hazırlayıblar.  İlaxır çərşənbənin adətləri haqqında məlumat verərək, səhnəciklər təqdim ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi