Novruz atributları

    "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində 3a sinfində UBTR Aytən Əzimovanın rəhbərliyi ilə Novruz atributlarının plastilindən hazırlanması üzrə masterklas təşkil olunub. Öncə bayram adətlərindən biri olan xonça bəzədilməsindən bəhs edən UBTR A.Əzimova şagirdlərə xonçaya düzülən hər bir nemətin rəmzi mənaları haqqında məlumat verib. Daha sonra nümunə üçün plastilindən hazırlanmış şəkərbura, qoğal, paxlava və digər fiqurlar şagirdlərə nümayiş etdirilib. Şagirdlər nümunələrə baxaraq bu fiqurlardan hazırlayıblar. Sonra isə Novruza aid rəsmlər rəngləyib, bayram adətlərindən biri olan yumurtadöyüşdürmə adətini icra ediblər. Sonda masterklasda iştirak edən şagirdlərə hədiyyələr təqdim olunub.
Masterklasın keçirilməsində məqsəd şagirdlərə bayram adətlərini daha dərindən aşılamaq, onlarda əl bacarıqlarını inkişaf edirməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi