Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

      Xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə ümumməktəb tədbiri  keçirilib.Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş akt zalında keçirilən bayram şənliyində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el  adət və ənənələri  nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni,  simvolik bəzəkli xonçalar, milli rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Xıdır Nəbi, Kosa və Keçəl öz maraqlı çıxışları ilə tədbirə xüsusi şənlik qatıblar.
Tədbirdə iştirak edən məktəbin direktoru Kəmalə Məmmədova  tədbir iştirakçılarını Bahar bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Bayram şənliyi " Cəngi " sədaları altında başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi