Novruz adətləri

   "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə növbəti tədbir 4a sinfində keçirilib. UBTR Aytən Əzimova şagirdlərlə bayram adətləri haqqında frontal sorğu etdikdən sonra onlara Novruz bayramının tarixi, əsrlərlə nəsillərdən-nəsillərə ötürülən adət-ənənələr haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər A.Əzimovanın tapşırığına əsasən,  rəngli kağızlardan səməni fiqurları hazırlayıb, Novruz bayramına aid rəsmlər çəkiblər. Tədbirdə iştirak edən şagirdlərə rəsm ləvazimatları hədiyyə olunub. Tədbirin keçirilməsində məqsəd şagirdləri xalqımızın bayram adət-ənənələri ilə daha yaxından tanış etmək, onlarda kiçik motorika bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi