Dəyərlərimizi qoruyaq

   Bakı Şəhər Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq!" layihəsinə əsasən, UBTR Aytən Əzimovanın təşkilatçılığı ilə 2a sinfində Novruz adətlərinə həsr olunmuş səməniqoyma və yumurtaboyama üzrə masterklas keçirilib. UBTR A.Əzimova öncə Od çərşənbəsi münasibəti ilə şagirdləri təbrik edərək onlara Novruz bayramının tarixi və adətləri haqqında məlumat verib. Sonra şagirdlər əvvəlcədən qaynadılmış yumurtaların üzərinə falmasterlərlə müxtəlif naxışlar çəkiblər. Yumurtaları boyadıqdan sonra şagirdlər bir-biriləri ilə yumurta döyüşüdürüblər. 

Daha sonra şagirdlər plastik qablara isladılmış buğdalar qoyaraq səməni hazırlayıblar. Sonda masterklasda iştirak edən şagirdlərə hədiyyələr təqdim olunub. Masterklas uşaqların marağına və sevincinə səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi