5 mart Şəhid Rasim Quliyevin anım günüdür

    Bu gün - 5 mart 2024 -cü il tarixdə məktəbimizin məzunu olmuş Şəhid Rasim Quliyevin əziz xatirəsi müəllim və şagirdlər tətəfindən  böyük ehtiramla anılıb. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən  sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Anım mərasimində lVa və V a sinfinin şagirdləri şəhid Rasim Quliyev  haqqında məlumat verərkən  onun şərəfli döyüş yolundan  geniş söz açıblar. Şagirdlər qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Tədbir iştirakçısı hərbi rəhbər Yusif Əliyev  çıxışında qeyd edib ki, torpaqlarımız uğrunda canından keçmək ənənəsi ata-babalrımızdan bizlərə miras qalıb, ona görə də vətən-millət yolunda canından keçən oğullarımız var deyə biz xoşbəxt xalqıq. Qeyd olunub ki, artıq ərazi bütövlüyümüz tam təmin olunub, şəhidlərimizin ruhları  Vətən göylərində azad gəzirlər. Məktəbin direktoru Kəmalə Məmmədova qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi, onların yad olunması şəhidlərin əziz xatirələrinə ehtiramımızın,  həssas münasibətimizin  ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçibsə, xatirələri hər yerdə anılırsa, deməli onlar qəlbimizdə , sıralarımızda daim yaşayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi