Dördnövçülük üzrə yarış

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə dördnövçülük növü ( 60 m məsafəyə qaçış, uzunluğa tullanma, top atma, 500 və 800 m məsafəyə qacış) üzrə yarışı keçirilmişdir.
Yarışda məktəbimizin qızlardan ibarət komandası II yeri ,oğlanlardan ibarət komandamız isə yarışın nəticəsinə görə III yeri tutmuşlar. Şagirdlərimiz medal və diplomla təltif olunublar.