Son Zəng

2024–2025-ci tədris ilinin məzunlarını böyük qürur və sevgi ilə “Son Zəng” tədbirində yola saldıq. İllərlə səbr, zəhmət və əzmkarlıqla keçilən bu yolun sonunda məzunlarımız yeni bir həyata qədəm qoyurlar.

Tədbirimiz Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir çərçivəsində dərs ilində xüsusi nailiyyətlər göstərmiş, ictimai fəallığı ilə seçilən, nümunəvi davranışı ilə məktəbə nüfuz qazandırmış şagirdlər diplom və fəxri fərmanlarla təltif olundular. Onların uğurları həm müəllimlər, həm də valideynlər üçün böyük fəxr mənbəyi oldu.

Məzunlarımızın duyğulu çıxışları, müəllimlərin səmimi arzuları, şagirdlərin hazırladığı musiqili və bədii kompozisiyalar bu günü daha da mənalı və yaddaqalan etdi.

Məktəb həyətində yaşanan sevinc, həyəcan və qürur dolu anlar yaddaşlara əbədi həkk olundu.

Əziz məzunlar!

Sizə həyat yolunuzda açıq yollar, uğur dolu sabahlar arzulayırıq. Harada olursunuzsa olun, daim Vətənə və cəmiyyətə layiqli vətəndaşlar kimi yadda qalın!

“Yolunuz açıq, uğurlarınız bol olsun!”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi