9-11-ci sinif şagirdləri ilə maarifləndirici söhbət

Məktəbimizdə 9-11-ci sinif şagirdləri ilə narkomaniyanın fəsadları və erkən nikahın mənfi təsirləri barədə maarifləndirici söhbət aparılıb. Tədbirdə yerli polis əməkdaşları və məktəbin psixoloqları iştirak edərək şagirdlərə hüquqi və psixoloji baxımdan ətraflı məlumat veriblər.

Polis nümayəndələri narkotik vasitələrin insan orqanizminə mənfi təsiri, cəmiyyətə vurduğu zərər barədə danışaraq şagirdləri maarifləndirmişlər. Məktəbin psixoloqu Rəfiyeva Rəna isə "Erkən nikah və onun fəsadları" mövzusuna profilaktik söhbət apararaq erkən nikahın fiziki, iqtisadi, psixoloji, tibbi və sosial inkişafına mənfi təsirindən bəhs etmişdir.

Tədbirin məqsədi şagirdlərdə düzgün həyat tərzi formalaşdırmaq, onları təhlükələrdən uzaq tutmaq və gələcəkdə sağlam cəmiyyətin fəal üzvü kimi yetişmələrinə töhfə vermək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi