Riyaziyyat hər yerdə

106 nömrəli məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiyanın” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbin riyaziyyat müəllimi Firuzə Süleymanovanın təşkilatçılığı ilə hazırladığı “Riyaziyyat hər yerdə” adlı musiqili, əyləncəli bilik yarışması keçirilib. Yarışda 5 “d” sinifi şagirdləri çox fəal iştirak etdilər, rəqsləri, musiqiləri ilə tədbirə rəng qatdılar. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əfsanə Bağırova çıxış edərək şagirdlərə təşəkkür etdi və təhsillərində uğurlar arzuladı.