Müəllimlərimizin naliyyətləriMüəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinə yiyələnmələri məqsədilə çempionatlar keçirilib. Çempionat ATİAHİ və BŞTİ-nin birgə birgə təşkilatçılığı ilə keçirilib. Çempionatda paytaxtın təhsil işçiləri voleybol, stolüstü tennis, şahmat və dama idman növləri üzrə də özlərini sınayıblar.
Zəhmətkeş müəllimlərimizAzərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən 2011-ci ilin dekabr ayında Bakı şəhəri üzrə "Riyaziyyat aylığı" adı ilə əlaqədar keçirilmiş "Ən yaxşı sinifdənxaric tədbir və onun ssenarisi" müsabiqəsində məktəbmizin riyaziyyat müəlliməsi Firuzə Süleymanova hazırladığı tədbirlə IV yeri tutmuşdur.
Şahmat üzrə azyaşlılar arasında dünya çempionumuzMuradlı Məhəmməd 106 nömrəli tam orta məktəbin 7 ”c” sinif şagirdidir. Murad dəfələrlə respublika üzrə şahmat yarışlarında birincilik əldə edərək hamını sevindirmiş və bizim də fəxrimizə çevrilmişdir. Məhəmməddən növbəti sevindirici xəbər Yunanıstandan gəldi. Muradlı Məhəmməd Seymur oğlu Yunanıstanda yeniyetmələr arasında keçirilmiş dünya çempionatında birincilik əldə edərək qızıl medala layiq görülmüşdür. Məhəmmədə uğurlarının davamını diləyir və məktəb kollektivi adından təbrik edirik.