Təranə Qasımova Barat qızı 22 noyabr 1959-cu ildə Qazax rayonunda anadan olub. 1966-cı ildə Bakı şəhəri Nəsimi rayonu 111№-li orta məktəbin birinci sinfinə qəbul edilmiş, 1976-cı ildə həmin məktəbi bitirib. Həmən ildə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsinə daxil olmuş və 1982-ci ildə oranı riyaziyyatçı, riyaziyyat müəllim ixtisası ilə bitirib. 1982 –cı il 1№-li ota məktəbdə işləyib. 1993-1996-cı illər ərzində Nəsimi rayonu 5№-li orta məktəbində işləyib. 5№-li mətəbin bölünməsi ilə əlaqədar 292№-li məktəbə keçirilib. Həmin məktəbin riyaziyyat müəllimi işləməklə bərabər, məktəb Həmkarlar komitəsinin sədri vəzifəsini icra edib. 1997-ci ildən 292№-li məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. 2005-ci ildən həmin məktəbin direktor vəzifəsini icra edib. 2014-cü ildən Bakı şəhəri 106№-li tam orta məktəbin direktoru vəzifəsinə təyin olub. Ailəlidir. İki oğlu var.
Əlaqəli xəbərlər
“Heydər Əliyev irsini öyrənirik” adlı açıq dərs
Əkbərova Validə Ərrəhmət qızı 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə 106№-li məktəbin birinci sinfinə qəbul olub. 1978-ci ildə həmin məktəbdən bitirib. 1978-ci ildə Nizami adına kitabxanada kitabxanaçı vəzifəsində çalışıb. 1979-cu ildə Azərbaycan Pedaqoji İnstitunun filologiya fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirib. 1986-cı ildə 106№-li məktəbin günü uzadılmış qrup tərbiyəçisi təyin edilib. 1988-ci ildən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edir. 2002-ci ildə Təhsil Nazirliyinin xətti ilə Türkiyənin İstanbul şəhərində keçirilən “Türkcə öğrətimi, Türk kültürünü və Milli Eğitim sistemini tanıtma” seminarında iştirak edib. Prezidentin 2011– ci il 3 oktyabr tarixli 1133 nömrəli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.
Əlaqəli xəbərlər
Ana dilimizi sevək, sevdirək
Reyhan Hacızadə 1967-ci ildə yanvar ayının 19-da Bakı şəhərində anadan olub. 1973- 1984-cü ildə Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1998-2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə ali bakalavr pilləsində təhsil alıb və oranı bitirib. 2009-2012-ci ildə Azərbaycan Milli Konservatoriyası Musiqişünaslıq-Bəstəkarlıq fakultəsində “ Bəstəkar, musiqi tarixi və nəzəriyyəsi fənnləri üzrə müəllim ” ixtisası üzrə ali bakalavr pilləsində təhsil alıb və oranı bitirib. 2011-2012-ci tədris ilində “ Ən yaxşı müəllim ” müsabiqəsinin qaliblərindən olub. Prezident mükafatına layiq görülüb. 2012-2015-ci illərdə Təhsil Nazirliyində Musiqi dərsliklərinin (IV; V; VI; VII; VIII siniflər) qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərib. “ UNİSEF ” in “ Öyrədənlərin öyrədəni ” təlimçisi olub. Təhsildə Problemlər İnstitutunda Musiqi fənni üzrə dövlət standartlarını hazırlayan işçi qrupunun üzvüdür. 2016; 2018; 2019-cu illərdə Təhsil Nazirliyində müəllimlərin işə qəbulu üzrə ekspert kimi fəaliyyət göstərib. 1992-2017-ci illərdə Bakının 102; 190; 6; 313 №-li tam orta məktəblərində müəllim kimi fəaliyyət göstərib. 2015-ci ildə “Potensial məktəb direktoru ” layihəsi üzrə hazırlıq kursunu keçib və oranı bitirib. 2017-2019-cu illərdə Bakı şəhəri 22 №-li tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. 2019-cu ilin fevral ayından Bakı şəhəri 106 №-li tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. “ İlham ” simfonik poemasının, 1 “ xor silsiləsinin ”, “ 12 prelüdün ”, 8 uşaq mahnılarının və bir çox mahnıların müəllifidir. Azərbaycan Uşaq mahnıları Antalogiyasının IV cildinin xüsusi redaktoru olub və həmin cildə 8 uşaq mahnıları dərc olunub. Azərbaycan Uşaq mahnıları Antalogiyasının V; VII cildlərdə isə həmmüəlifdir. Ailəlidir. İki övladı var.
Əlaqəli xəbərlər
Xocalı soyqırımı haqqında sənədli film
İbayeva Xəyalə Nazim qızı 15 sentyabır 1981-ci ildə Fizuli rayonunda anadan olub. 1988-ci ildə birinci sinfə qəbul olub. 1998-ci ildə 288№-li tam orta məktəbi bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olub. 2005-ci ildən 106№-li tam orta məktəbin psixoloqu vəzifəsində işləyir. Ailəlidir. İki övladı var.
Məmmədov Etibar Xanoğlan oğlu 20 oktyabr 1966- cı ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. 1974- cü ildə Sahil qəsəbəsindəki 228 saylı məktəbin birinci sinfinə qəbul olub. 1979-cu ildən təhsilinə 106№-li məktəbdə davam etdirib. Məktəbi bitirdikdən sonra 1984- 1986- cı illərdə Sovet ordusu sıralarında qulluq edib. 1986- cı ildə Belarus Respublikası Novopolotsk Politexnik İnstitunun Mülkü və sənaye tikintisi fakultəsinə qəbul olub, 1992- ci ildə institutu bitirib. 1998- ci ildən 106№-li məktəbdə hərbi rəhbər vəzifəsində çalışır. Evlidir. Üç övladı var.
Əliyeva Validə İsmayıl qızı 28 yanvar 1962-ci ildə Şəki şəhərində anadan olub. 1969-cu ildə Mingəçevir şəhərində 9 saylı məktəbin birinci sinfinə qəbu olub. 1979-cu ildə orta məktəbi bitirib. 1983-cü ildə Azərbaycan Texnologiya instituna qəbul olub. 1989-cu ildən 69 saylı orta texniki peşə məktəbinin müəllimi təyin olunub. 2000-ci ildə Azərbaycan Müəllimlər İnistutunun Mingəçevir filialına qəbul olub. 2001-ci ildə ibtidai təhsil və metodikası üzrə tam yenidən hazırlanma kursunu bitirib. 2015-ci ildən Bakı şəhəri 106№-li tam orta məktəbin təsərüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır. Ailəlidir. Üç övladı var.
Fərəcova Nisə Gürşad qızı-1987-ci ildə Salyan rayon Şorsulu kəndində anadan olub. 1994-2005-ci illərdə Salyan rayonu Şorsulu kənd tam orta məktəbində təhsil alıb. 2005-2010-cu illərdə Sumqayıt Dövlət Universitetinin filologiya fakultəsində azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə ali təhsil alıb. 2011-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 2016-ci ilə qədər Salyan rayonu I Varlı kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2016-cı ildə Direktorların işə qəbulu müsabiqəsində iştirak edərək Salyan rayonu I Varlı kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunub. 2019-cu ildə Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi direktor müavinlərinin işə qəbulu müsabiqəsində iştirak edərək 2020-ci il fevral ayından Bakı şəhər S.Məhərrəmov adına 106№-li məktəbə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Şahverdiyeva Könül Rafiq qızı 12 iyul 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə 106№-li məktəbin birinci sinfinə qəbul olub. 2003-cü ildə məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinə qəbul olub. 2008-ci ildə 106№-li tam orta məktəbin lobarant vəzifəsində işləyib. 2014-cü ildən həmin məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri vəzifəsində çalışır. Ailəlidir.
Paşayeva Fəzilət İsa qızı 12 dekabr 1964-cü ildə Zaqatala rayonu Kəpənəkçi kəndində anadan olub. 1972-ci ildə birinci sinfə qəbul olub. 1982-ci ildə orta məktəbi bitirib. 1983-1985ci illər ərzində N.K.Krupskaya adına Mədəni–Maarif texnikomunda təhsil alıb. 1985-ci ildə Bakı Dövlət Universitetin kitabxanaçılıq fakultəsinə qəbul olub. 1991-ci ildən təhsili üzrə çalışıb. 2001-ci ildən 106№-li tam orta məktəbdə işləyir və 2016-cı ildən kitabxana müdiri vəzifəsinə təyin olunub. Ailəlidir. İki övladı var.
Əlaqəli xəbərlər
Məktəb kitabxanasında qiraət
Zamanova Səidə Sabir qızı 22 iyun 1982-ci ildə Bakı şəhərində anadan olub. 1989-ci ildə birinci sinfə qəbul olub. 1999-cu ildə 106№-li tam orta məktəbi bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 2018-ci ildən 106№-li tam orta məktəbin kitabxanaçı vəzifəsində işləyir. Ailəlidir. Üç övladı var.
Əlaqəli xəbərlər
Məktəb kitabxanasında qiraət
106 nömrəli tam orta məktəbin yeni binası 1974-ci ildə inşa edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə Bakının 35 məktəbində rus dili əsas fən...
© Azərbaycan Respublikasının Təhsil Nazirliyi