Nailiyyətlərimiz

Zəhmətkeş müəllimlərimizAzərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2011-ci ilin dekabr ayında Bakı şəhəri üzrə "Riyaziyyat aylığı" adı ilə əlaqədar keçirilmiş "Ən yaxşı sinifdənxaric tədbir və onun ssenarisi" müsabiqəsində məktəbmizin riyaziyyat müəlliməsi Firuzə Süleymanova hazırladığı tədbirlə IV yeri tutmuşdur.

Şahmat üzrə azyaşlılar arasında dünya çempionumuzMuradlı Məhəmməd 106 nömrəli tam orta məktəbin 7 ”c” sinif şagirdidir. Murad dəfələrlə respublika üzrə şahmat yarışlarında birincilik əldə edərək hamını sevindirmiş və bizim də fəxrimizə çevrilmişdir. Məhəmməddən növbəti sevindirici xəbər Yunanıstandan gəldi. Muradlı Məhəmməd Seymur oğlu Yunanıstanda yeniyetmələr arasında keçirilmiş dünya çempionatında birincilik əldə edərək qızıl medala layiq görülmüşdür. Məhəmmədə uğurlarının davamını diləyir və məktəb kollektivi adından təbrik edirik.

2014/2015-ci tədris ilində Bakı şəhəri üzrə idman yarışlarında ən çox yüksək nəticə əldə etmiş məktəb olduqBakı Şəhər Gənclər və İdman Baş İdarəsi məktəbimizi 2014/2015-ci tədris ilində idman sahəsində yüksək nəticələr əldə etdiyinə görə Fəxri fərmanla təltif etmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Adil Ağayev xüsusən iştirak edərək nailiyyət əldə etmiş şagirdlərimizi təbrik etdi. Biz də kollektivimiz adından bu nəticələri bilavasitə böyük rolu olan Rəcəb müəllimi və şagirdlərini təbrik edir, bu sevinci bizə yaşatdıqları üçün təşəkkür edirik.

HAQQIMIZDA

106 nömrəli tam orta məktəbin yeni binası 1974-ci ildə inşa edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə Bakının 35 məktəbində rus dili əsas fən...

BİZİM FƏXRLƏRİMİZ

Fatma Mustafayeva Vaqif qızı

Zərifə Abdulzadə Abıgül

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi