İntellektual yarış

Məktəbimizin 4-cü sinif şagirdlərinin iştirakı və təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əhmədovanın təşkilatçılığı ilə "Konstitusiya və suverenlik ili" və H.Əliyevin anadan olmasının 102 illiyi münasibətilə şagirdlərin vətənpərvərlik ruhunu, düşünmə qabiliyyətini və ümumi dünyagörüşünü birləşdirən xüsusi bir yarışma təşkil etdik.

Şagirdlərimiz "Mən azərbaycanlıyam!" layihəsi çərçivəsində həm məntiq suallarını cavablandırdılar, həm də Azərbaycanımızla bağlı biliklərini nümayiş etdirdilər.

Şagirdlərimizin fəallığı, zəkanı sürətlə işlətmə bacarığı və komandada işləmə ruhu bizi fərəhləndirdi. Bu yarış bir daha göstərdi ki, Azərbaycanın gələcəyi ağıllı, düşünən vətənpərvər övladların əlindədir!

Bütün iştirakçılara təşəkkür edir, qalibləri təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi