1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdik

Məktəbimizin həyətində böyük sevinc və qürur hissi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etdik. Gələcəyimizin ümid işıqları olan ibtidai sinif şagirdlərimizin hazırladığı kompozisiyalar tədbirə xüsusi rəng qatdı və hər kəsin qəlbində dərin təəssürat yaratdı.
Tədbir məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əhmədovanın rəhbərliyi ilə yüksək səviyyədə təşkil olunmuş, uşaqların yaradıcılığına və səhnə bacarıqlarına geniş meydan verilmişdir.
Bu bayram təkcə uşaqlar üçün deyil, həm də onların müəllimləri, valideynləri və bütün cəmiyyət üçün uşaqlığın saf, ümid dolu dünyasına bir nəzər oldu.
Uşaqlar bizim sabahımız, güvənc yerimiz, gələcəyimizin söz sahibidir. Onların fiziki, mənəvi və intellektual inkişafına dəstək olmaq, onların hüquqlarını qorumaq və daha parlaq gələcək qurmaq hər birimizin borcudur.