Balaca idmançımızın qələbəsi

Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş turnir keçirilib. Martın 14-dən 17-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turnirində 10-dan artıq ölkədən karateçilər iştirak edib. Turnirin 6-13 yaşadək uşaqlar qarşılaşmasında məktəbimizin 3”c” sinif şagirdi Quliyev Məhəmməd yaşıdları arasında qələbə çalaraq birinci yerə layiq görülmüşdür. Məktəbin müəllim və şagird kollektivi adından Quliyev Məhəmmədi təbrik edir, gələcək yarışlarında yeni qələbələr arzulayırıq.