1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edilməsindən və etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan artıq 24 il keçir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmuşdur.Bu faciənin ildönümü ilə əlaqədar 106 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri Azərbaycan Respublikası Hərbi Prokulrorluğu binasında yerləşən "Memorial soyqırım muzey"ində olmuşlar.