“Vətənin müdafiəsinə hazıram!”

05 fevral 2016-cı il tarixində Lökbatan qəsəbəsində yerləşən Ə. Əmirov adına Mədəniyyət Sarayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin anası Sərməgül Niftəliyeva, rayon ictimaiyyəti, veteranlar və gənclər iştirak edirdilər. Tədbirin bədii hissəsində məktəbmizin şagidləri vətənpərvərlik şeirləri ilə çıxış etdilər, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etdi.Şagirdlərimiz “cənab leytinant” mahnısınıda Şəmistan Əlizamanlı ilə birgə ifa etdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi