Diaspor Dərsi

2016 cı il yanvarın 7 də 106 nömrəli tam orta məktəbdə”Diaspor dərsi”keçirildi.Tədbirdə Diaspor jurnalistlər birliyinin sədri Fuad Hüseynzadə və Diasporla iş üzrə Dövlət komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov iştirak etdi.Məktəbin direktoru Təranə Qasımova çıxıç edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirdi və lahiyənin şagirdlərin diasporla bağlı marifləndirməsində əhəmiyyətli rol oynayacağını dedi. Təranə Qasımova məktəblilərə harada olmalarına baxmayaraq azərbaycançılıq məfkurəsinə sadiq qalmağı tövsiyə etdi.DJB sədri Fuad Hüseynzadə bildirdi ki,ilk dəfə olaraq Azərbaycan məktəblərində bu formada “Diaspor dərsi”keçirilir.Fuad Hüseynzadə”Orta məktəblərdə diaspor dərsləri”könüllü icra edildiyini diqqətə çatdırıb:”Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki,dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”-dedi.Əbülfəz Şeydabəyov qeyd etdi ki,Diasporla iş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür.”Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir.Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması,onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”deyə qeyd etdi.