Oxu və yazı üzrə fərqlənən şagirdlər

2017-2018-ci tədris ili üçün “Fəaliyyət Planı” na uyğun olaraq
I-IV siniflərdə şagirdlərin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işlər aparılmışdır. 106№-li tam orta məktəb üzrə “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı aparılmış monitorinqin nəticələrinə əsasən fərqlənən şagirdlər rəhbərlik tərəfindən “Fəxri fərman” la təltif olunmuşdur.