“OXU GÜNÜ” çərçivəsində məktəbdaxili tədbirlər

Məktəbimizdə “Oxu günü” çərçivəsində şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər keçirilmişdir. Məktəbin tədbirlər planına əsasən  Azərbaycan dili və Ədəbiyyat müəllimi Brilyant Almazova 5 “e” sinif şagirdləri ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində ekskursiyada olmuşlar. 19aprel tarixində məktəbin müəllimləri Mehriban Süleymanova və Bənövşə Abbasova yuxarı sinif şagirdləri ilə birlikdə Mikayıl Müşfiqin  yaradıcılıq nümunələri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalardan ibarət tədbir keçirtmişlər. Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəmilə Abbasova  6 “d” sinif şagirdləri ilə  “Dəyirmi masa ” ətrafında Abdulla Şaiqin “Köç” hekayəsinin müzkirəsini keçirtmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi