“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında gənclərin növbəti sağlamlıq festivalı

“6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə 2013-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə gənclərin sağlamlıq festivalı keçirilmişdir.
Gənclərin sağlamlıq festivalının təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Müsabiqədə 106 №-li tam orta məktəb də iştirak edirdi. Müsabiqələrdə iştirak edən bütün şagirdlərimiz sertifikat və medallarla təltif olundular.