Qəhrəmanlar unudulmur

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialı 05 aprel 2018-ci il tarixində Qaradağ rayon Lökbatan qəsəbəsi Səxavət Məhərrəmov adına 106 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər silsiləsindən növbəti tədbirini keçirdi. Tədbir məktəbin məzunu , Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş mərhum müharibə əlili Məmmədov Mehman Xanoğlan oğlunun həyat və fəaliyyətinə həsr olunmuşdur. Tədbirdə Mehmanın qəhrəmanlıq yolundan xatirələr danışıldı, məktəblilərin hazırladığı hərbi-vətənpərvərlik mövzusunda ədəbi kompozisiya və şeirlər səsləndi.