Yel çərşənbəsi

A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba
Məktəbimizdə növbəti çərşənbə sərgisi keçirildi. Əvvəlki sərgidə olduğu kimi bu çərşənbədə də məktəb bayram ab-havasına bürünmüşdü. Əsasən ibtidai sinif şagirdləri milli geyimlərdə bayramın gözəl adət-ənənələrini canlandırdılar. Xalq mərasimlərindən olan Hakıştalar, mahnılar, şeirlər səsləndi. Məktəbin direktoru Təranə Qasımova hər kəsi Yel çərşənbəsi münasibətilə təbrik etdi.