Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

        25 dekabr 2017 ci il tarixində  məktəbin akt zalında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə tədbir keçirildi. Məktəbin ədəbiyyat müəllimi Brillyant Almazovanın  5-ci sinif şagirdləri ilə hazırladığı tədbir maraqla izlənildi. Şagirdlər tədbirdə həmyerlilərimizin yaşadığı müxtəlif ölkələrin milli geyimlərində  rəqslər və mahnılar ifa etdilər. Çıxışlarını  Azərbaycan xalq musiqisinin geniş yayılmış və qədim tarixə malik olan yallı rəqsi ilə sonlandırdılar. Ən sonda məktəbin direktoru Təranə Qasımova çıxış edərək bu günün əhəmiyyətli və önəmli bir gün olduğunu vurğuladı.     

  1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan etdi. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – “Dünya Azərbaycanlıların Həmrəylik Günü” elan etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi