Meyvə və tərəvəzlərin göz oxşayan mənzərəsi

3 a sinif şagirdləri texnologiya dərsində meyvə və tərəvəzlərdən kəsmə üsulu ilə göbələk, dovşan, ağac fiqurları hazırladılar. Şagirdlər sinif müəllimi Nailə Hüseynovanın köməyi ilə hazırladıqları fiqurları sininin içərisinə yığaraq göz oxşayan təbiət mənzərələri canlandırdılar. Dərs əsnasında şagirdlər bitgilər və meyvələr haqqında şeirlər söyləyib mahnılar oxudular. Dərs yüksək əhval-ruhiyyəsi şəraitində başa çatdı.