Milli Qəhrəmanın anım günü

Bu gün 5 dekabr 2017-ci il tarixində Milli qəhraman Səxavət Məhərrəmovun ad günüdür. Yaşasaydı, 44 yaşı tamam olacaqdı. Məktəbimizin məzunu olan Səxavət Məhərrəmov 1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy  kəndi uğrunda gedən qanlı döyüşlər zamanı 19 yaşında vətən uğrunda qəhrəmancasına həlak olub. Məktəbin kollektivi və şagirdləri hər il olduğu kimi bu il də Milli Qəhramanın doğum gününü qeyd etdi. Foyedə şəhidin büstü qarşısında ibtidai sinif şagirdləri qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər söylədilər, əllərindəki tər qərənfil dəstələrini büstün önünə qoydular.


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi