“GƏNC FİZİKLƏRİN YARADICILIQ MÜSABİQƏSİ” və “GƏNC KİMYAÇILARIN YARADICILIQ MÜSABİQƏSİ” KEÇİRİLDİ

Bakı şəhəri məktəblilərinin fizika və kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə keçirilən müsabiqənin birinci mərhələsi məktəbimizdə noyabırın 28-də keçirildi. Hər iki fənn üzrə hər birində IX, X və XI sinif şagirdlərindən bir nəfər olmaqla 3 nəfərdən ibarət komandalar təşkil olundu. İki akademik saat ərzində iştirakçılar 30 sualdan ibarət materialları yerinə yetirdilər. Münsiflər heyəti tərəfindən seçilən qalib komandalara növbəti turda uğurlar arzulayırıq.